CMYK

Rəngli çapda adətən dörd rəngdən istifadə olunur: mavi, çəhrayı, sarı və qara.
Əsas CMY rənglərinin hansısa ikisini qarışdırdıqda "ikinci dərəcəli" qırmızı, yaşıl və göy rəngləri alınır, üçünün də qarışdırılması qara rəng verir.

CMYK – poliqrafiyada rəngli çap üçün istifadə olunan subtraktiv rəng modelidir. Çap olunan bütün rəng çalarları dörd əsas rəngin üst-üstə çap olunması nəticəsində alınır. Bu əsas rənglər mavi, çəhrayı, sarı və qaradır. Mətbəə işçiləri bu rənglərə çox vaxt sadəcə göy, qırmızı, sarı və qara deyir.


© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search